Bakıda sərnişin taksi sürücüsünü bıçaqla hədələyib, pulunu və mobil telefonunu əlindən alıb. Bu barədə 12 yanvar tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, insident Yasamal rayonunun A.M.Şərifzadə küçəsində baş verib. Paytaxt sakini olan taksi sürücüsü sərnişin qismində oturmuş bir nəfər tərəfindən bıçaqla hədələnib. Onun 70 manat pulu və mobil telefonu əlindən alınıb.
Polis quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Kəlbəcər rayon sakinini saxlayıb.
Faktla bağlı araşdırma aparılır.