Bakının Xəzər rayonu, Qala qəsəbəsində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə aprelin 5-də APA xəbər verib.
Məlumata görə, 26 yaşlı gənc yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçərkən onu avtomobil vurub. Xəsarət alan xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.