Bakıda "Ankara məktəbi" məktəb-lisey koronavirusa görə bağlanıb. Bu barədə fevralın 1-də APA məlumat yayıb.
Liseydə bu gündən dərslər bir həftə ərzində distant keçiriləcək. Qeyd edək ki, sözügedən məktəbdə ötən ilin oktyabr ayında da eyni səbəbdən 14 gün müddətinə əyani təhsil dayandırılmışdır.