Əhalinin qeyri-düzgün məskunlaşması və şəhər kənarında infrastrukturun zəif olması Bakıda tıxacların yaranmasının səbəbləridir. Bu haqda nəqliyyat eksperti və hüquqşünas Ərşad Hüseynov oktyabrın 5-də Trend-ə bildirib.
Ekspertin sözlərinə əsasən, Bakıda hündürmərtəbəli binaların sayı çoxalıb. Bu da, o deməkdir ki, həmin ərazidə yaşayan insanların, həmçinin avtomobillərin sayında da artım baş verib.
“İdarə və ofislərin çoxu paytaxtın mərkəzində yerləşir. Şəhər kənarında təhsil müəssisələrinin az olması, iş yerlərinin olmaması və ictimai nəqliyyatın normal fəaliyyət göstərməməsi fərdi avtomobillərin istifadəsinə zərurət yaradır”, - deyə Ərşad Hüseynov əlavə edib.