Paytaxtın Bakıxanov qəsəbəsində qanunsuz aparılan tikintinin qarşısı alınıb. Bu haqda aprelin 28-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, qanunazidd tikinti-quraşdırma işləri Yavər Əliyev küçəsində yerləşən yaşayış kompleksində aparılıb. Vətəndaşın müvafiq icazəsi olmadan yaşayış binasının birinci mərtəbəsində obyekti genişləndirmək məqsədilə tikinti apardığı məlum olub.
Məlumata görə, tikilinin sökülməsi təmin edilib.