Bakıda narkotiklərin satışı ilə məşğul olan 4, narkokuryerlik edən daha 11 nəfər saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi mayın 2-də məlumat yayıb.
Bildirilib ki, onlar narkotik vasitələrin tədarükünü Xətai rayonu ərazisində həyata keçiriblər. Vətəndaşlardan heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.
Tutulan şəxslər xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotiklərin paytaxtda satışını təşkil ediblər.
Faktlarla bağlı cinayət işi başlanılıb.
Cari ilin yanvar – mart ayları ərzində narkotiklə bağlı ümumilikdə 2 795 cinayət faktı qeydə alınıb. Həmin müddət ərzində 1 ton 880 kiloqram narkotik və psixotrop maddələr müsadirə olunub. Onların ümumi dəyəri 69 milyon 778 min AZN kimi qiymətləndirilir.