Sumqayıt şəhəri 28 nömrəli məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. Bununla bağlı noyabrın 4-də qərar imzalanıb.
Bununla yanaşı, Bakı şəhəri 98 nömrəli məktəbə və Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli məktəbə müvafiq olaraq Milli Qəhrəmanlar İlqar Mirzəyevin və Şükür Həmidovun adları verilib.
Ümumilikdə Azərbaycanda 37 məktəb və liseyə Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.