Beyləqanda polisə atəş açan şəxsin həbs müddəti 3 ay müddətinə artırılıb. Bu barədə 17 mart tarixində Report məlumat verib.
Məhkum qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə qərarı dəyişdirmədən qüvvədə saxlayıb.
Hadisə 2021-ci ilin noyabr ayında Aşağı Çəmənli kəndində baş verib. Post Patrul Xidməti bölməsinin iki əməkdaşı saxlanılan şəxsdən üzərində olan qoşalülə ov tüfənginin qeydiyyatsız olduğuna görə silahı təhvil verməsini tələb ediblər. Şübhəli bilinən şəxs isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.