Son 10 gün ərzində narkotiklərin satışını həyata keçirən 20 nəfər saxlanılıb. Bu barədə dekabrın 23-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyatlar paytaxtın Yasamal, Suraxanı, Abşeron rayonlarında və Lənkəranda keçirilib. Nəticədə 43 kiloqramdan artıq narkotik maddə və 3118 ədəd psixotrop tərkibli həb qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılanların narkotikləri qaçaqmalçılıq yolu ilə əldə etdikləri müəyyən edilib. Onlar narkotik vasitələri Yeni il bayramı ərəfəsində təşkil olunacaq əyləncəli tədbirlərdə yaymaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.