Qanunsuz olaraq üzərində odlu silah gəzdirən iki nəfər həbs edilib. Bu barədə oktyabrın 7-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Keçirilən əməliyyat nəticəsində Abşeron rayonu Xırdalan şəhərində Babək İsbəndiyarov saxlanılıb. Onun üzərindən “Makarov” tapançası və həmin silaha məxsus sandıqça və 3 ədəd patron götürülüb.
Daha bir tədbir zamanı Şirvan şəhərində Məzahir Aslanov saxlanılıb. Onun üzərindən revolver tapançası və həmin silaha məxsus 5 ədəd patron götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.