Bakıda 33 yaşlı nişanlısı tərəfindən öldürülən qadın Daxili İşlər Nazirliyinin Tibb İdarəsində işləyib. Bu haqda aprelin 23-də Media.az xəbər yayıb.
Mərhum serjant rütbəli həkim-uroloq olub.
Aprelin 22-də paytaxtın Nərimanov rayonunda Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov nişanlısını qətlə yetirib, daha sonra özü intihar edib. Hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı “qəsdən adam öldürmə” və “özünü öldürmə həddinə çatdırma” maddələrilə cinayət işi başlanılıb.