Lənkəranda polisə yalan məlumat verən şəxs müəyyən edilib. Bu haqda APA yanvarın 5-də məlumat verib.
Məlumata görə, Lənkəran rayon sakini polisə müraciət edərək evindən 7 000 manat pulun oğurlandığını bildirib. Keçirilən əməliyyatlar nəticəsində məlum olub ki, verilən məlumat yalandır. Həmin şəxs pulunu saxlanılması üçün qohumuna verib.
Faktla bağlı araşdırma aparılır.