Sabirabadda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu barədə yanvarın 31-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Birinci əməliyyat zamanı iki nəfər Qalaqayın kənd sakini tutulub. Həmin şəxslərdən 6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Digər əməliyyat nəticəsində eyni cinayət əməli ilə məşğul olan Biləsuvar rayon sakini saxlanılıb. Onun üzərində 3 büküm metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.