Polis tərəfindən aparılan əməliyyat nəticəsində Bakının Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 61 nəfər saxlanılıb. Bu haqda noyabrın 3-də DİN məlumat verib.
Saxlanılan şəxslərdən ümümilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Həmin şəxslərin 27-i haqqında cinayət işi başlanılıb. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. 8 nəfər isə qanuna uyğun olaraq cərimə olunublar.
Polis tərəfindən keçirilən digər əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birində ümumi dəyəri 5 000 manat olan tütün məhsulları oğurlayan 3 şəxs saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.