Bərdədə mal bazarı adlanan ərazidə Tovuz rayon sakini polisə müraciət edərək ona iki naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilməsi və 11 min manat pulunun aparılmasını bildirib. Bu haqda noyabrın 20-də DİN məlumat verib.
Zərərçəkmişin sözlərinə görə, hadisə noyabrın 19-da səhər saat 06:30 radələrində baş verib.
Araşdırma zamanı məlum olub ki, həmin şəsxin özünün 11 min manat məbləğində borcu olub və borcu qaytarmamaq üçün naməlum şəxslərin ona xəsarət yetirməsi və pulu qaçırması barədə yalan məlumat verib.
Faktla bağlı araşdırma davam edir.