Aprelin 21-də Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Siyahı ilə President.az portalı vasitəsilə tanış olmaq olar.
Bununla yanaşı, Bəxtiyar Qulu oğlu Kərimov və Yaşar Balabəy oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Həmçinin Məsud Arif oğlu Əfəndiyevə və Qərib Novruz oğlu Mürşüdova elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı verilib.