Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib. Bu haqda President.az məlumat yayıb.
Dövlət rəhbəri Hadrutda yeni məscidin və “Hadrut” yarımstansiyasının təməllərini qoyub. Prezident, həmçinin Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında həyata keçirilən tikinti işləri ilə tanış olub.
Daha sonra ölkə başçısı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndinə yollanıb.