Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə başsağlığı verib.
Bu barədə 9 sentyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Başsağlığı məktubunda deyilir:
"Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib, ölənlərin sayı 632-yə çatıb, 329 nəfər isə yaralanıb.