Dekabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib. Bu barədə Prezidentin rəsmi səhifəsində məlumat verilib.
Görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq bildirilib.
Eyni gündə ölkə başçısı Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb.
Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni bir platforma olduğu vurğulanıb.
[gallery columns="1" size="full" ids="18659"]