İkinci Qarabağ müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırılıb. Bunu aprelin 30-da Prezident İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsindəki çıxışında deyib.
“Bu il və gələn il hərbi xərclər bir nömrəli xərclər olacaq. İndi Xüsusi Təyinat Qüvvələrinə seçim daha sərtdir və maraq daha böyükdür. Müraciətlər kifayət qədər çoxdur. Mənəvi-psixoloji keyfiyyətlər, fiziki hazırlıq, peşəkarlıq və ən önəmlisi, Vətən sevgisi bu seçimin əsas şərtləridir”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycan liderinin çıxışının tam mətni ilə link vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, İlham Əliyev XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə “N” saylı hərbi hissədə olub.