top
Prezidentin köməkçisi: “Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir”
07 sentyabr 2023, 05:45
- ↺ +

Prezidentin köməkçisi: “Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.

Bu barədə 7 sentyabr tarixində Report xəbər verib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan bu müharibənin başa çatdığına inanır: “Təəssüf, Ermənistan tərəfinin addımlarından görünən odur ki, o, Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir. Amma biz sülhə nail olmaq imkanının itirilməsinə yol vermək istəmirik”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib: “Bu proses ABŞ və bir sıra digər ölkələr tərəfindən dəstəklənir. Lakin ikinci mühüm mərhələ Qarabağ əhalisinin Azərbaycanın siyasi, iqtisadi və sosial spektrinə reinteqrasiyasıdır”.

“Təəssüf ki, Ermənistana tabe olan, onun tərəfindən maliyyələşdirilən və dəstəklənən separatçı qurumu görürük. Onlar boz zona statusunu saxlamaq və Azərbaycanın siyasi, sosial, iqtisadi həyatına reinteqrasiya olmamaq istərdilər”, - Prezidentin köməkçisi vurğulayıb.

O bildirib ki, Azərbaycan yeni yollar salıb, həmçinin onları ölkənin qalan hissəsi ilə birləşdirib: “Ermənistanı Qarabağla birləşdirən Laçın-Xankəndi yolu var. Amma logistika və nəqliyyat baxımından daha səmərəli, böyük potensiala malik, bütün Azərbaycan bazarlarına və qonşu ölkələrə birbaşa çıxışı olan Ağdam-Xankəndi yolu da var”.

H.Hacıyev əlavə edib ki, bu, reinteqrasiya prosesi üçün yaxşı imkandır: “Lakin qarşı tərəf inadla “yox” deyir”.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:03

Metronun bu stansiyası yenidən qurulacaq

Yerli xəbərlər
Bu gün, 10:45

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Yerli xəbərlər
Bu gün, 10:24

Tanınmış xanəndənin həyat yoldaşı həbs edilib

Yerli xəbərlər
Bu gün, 09:40

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

Yerli xəbərlər
Bu gün, 09:19

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib

Yerli xəbərlər
Bu gün, 09:13

7–10 noyabrda nə işləyəcək? Banklar, ASAN xidmət və bayram tədbirləri

Xarici xəbərlər
Bu gün, 09:12

ABŞ-də son 16 ilin rekordu: Bir gündə üç ştatda edam hökmü icra olundu

Yerli xəbərlər
Bu gün, 00:01

Qəhrəmanlıq tarixi: Vətən müharibəsinin 41-ci gününə baxış

Xarici xəbərlər
Dünən, 22:47

6–7 noyabrda maqnit qasırğası gözlənilir: NOAA-dan yeni proqnoz

Yerli xəbərlər
Dünən, 17:13

Məryəm Üzərlidən Bakı paylaşımı: "Sizi sevirəm!" - FOTO

Yerli xəbərlər
Dünən, 16:13

Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 16:00

Prezident İlham Əliyev brazilyalı həmkarını təbrik edib

Yerli xəbərlər
Dünən, 15:56

Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN

Yerli xəbərlər
Dünən, 15:52

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Yerli xəbərlər
Dünən, 15:29

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Yerli xəbərlər
Dünən, 14:07

Məzuniyyətin minimum müddətinin kompensasiyası qadağan edilir

Yerli xəbərlər
Dünən, 13:32

Sabah yağış yağacaq - Proqnoz

Yerli xəbərlər
Dünən, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Yerli xəbərlər
Dünən, 12:59

Baytarlıq şəhadətnaməsinin dövlət rüsumu ləğv edilir

Yerli xəbərlər
Dünən, 12:54

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 12:44

Avtomobil və yükdaşıma bazarında dəyişikliklər: Yeni vergi qaydaları təklif olunur

Yerli xəbərlər
Dünən, 12:25

Yuxarı sinif şagirdlərinin bilik səviyyəsinə görə dünya reytinqi: Azərbaycan 63-cü yerdə

Yerli xəbərlər
Dünən, 12:05

Sürücülərin çoxunun bilmədiyi 10 qayda: Bu səhvlər cəriməyə səbəb olur

Yerli xəbərlər
Dünən, 12:03

Vergi Məcəlləsinə mühüm dəyişikliklər: Taksi, kuryer, çipsi və gözəllik sektorunda yeni qaydalar tətbiq olunacaq

Yerli xəbərlər
Dünən, 11:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Dünən, 11:13

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Yerli xəbərlər
Dünən, 10:54

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Yerli xəbərlər
Dünən, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Oxşar xəbərlər