Bugün, dekabrın 9-da Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prokuror Rasim Quliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rəsmi məlumata əsasən, sözügedən şəxs Nəsimi rayonunda yaşayış binalarının və 1893-cü ildə inşa edilmiş tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunan evlərin sökülməsinə səbəb olub.
Rasim Quliyev “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə” maddələri ilə ittiham olunur.