Qəbələdə qadını qətlə yetirməkdə təqsirləndirilən Kəmalə Maksumbəyova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə 9 mart tarixində Baş Prokurorluğundan Report-a məlumat verilib.
Belə ki, hadisə martın 5-də Qəbələ rayonu ərazisində baş verib. Ana 2008-ci il təvəllüdlü oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 23 yaşlı qadını başından daşla vurublar.
Daha sonra həmin şəxslər onun baş və boyun nahiyəsini yapışqanlı lentlə bağlayıblar. Nəticədə qadın boğularaq dünyasını dəyişib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb.