2021-ci il Qəbələ rayonunun meyvə bağlarından 15 min 898,9 ton məhsul tədarük olunub. Bu barədə Azərtac 6 yanvar tarixində məlumat verib.
Meyvə istehsalı əvvəlki illə müqayisədə 1965,5 ton artıb. Ötən il rayon ərazisində 19 hektar sahədə yeni meyvə bağları salınıb.
Keçən il rayonda talvar üzümü də daxil olmaqla, 2 min 284,4 ton üzüm istehsal olunub.