2021-ci ildə Qəbələ rayonunun şəxsi və fermer təsərrüfatlarında 8 mindən çox inək və düyə süni üsulla mayalandırılıb. Bu barədə Azərtac 10 yanvar tarixində məlumat verib.
Bu göstərici ötən illər ilə müqayisədə 412 baş heyvan çoxdur. Həmin müddətdə təsərrüfatlarda süni mayalanma ilə 5 min 185 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.
2022-ci ilin yanvarın 1-dək rayonun təsərrüfatlarında 43 mindən çox iribuynuzlu mal-qara, o cümlədən 21 mindən çox inək və camış saxlanılıb.