Qəbələdə yanğına məruz qalmış meşə sahəsində meşəbərpa tədbirləri keçirilib, meşəcinsli toxumlar səpilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi bildirib ki, əraziyə yerli Qafqaz vələsi, uzunsaplaq palıd, göyrüc və nəhəng ağcaqayın toxumu səpilib.
Qeyd edək ki, yanğın 2021-ci ilin avqust ayında baş vermişdir.
Meşə yanğınlarına iqlim dəyişikliyi, quraqlıq, təbii amillərlə yanaşı, antropogen təsirlər də səbəb olur. “Hər kəs bu cür fəlakətlərlə üzləşməmək üçün maksimum dərəcədə ehtiyatlı olmalıdır”, - nazirliyin mətbuat katibi qeyd edib.