Bu gün Qətərin paytaxtı Doha şəhərində 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit 2022” sərgisi öz işinə başlayıb. Bu barədə 10 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi səhifəsində məlumat verilib.
KOBİA-nın təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda “Made in Azerbaijan” brendi ilə yerli məhsullarımız nümayiş olunur. Sərgidə kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə Azərbaycanın sahibkarları tərəfindən zəfəran, çiyələk, mürəbbə, kompot, meyvə şirələri, konservləşdirilmiş məhsullar, narşərab, lavanda yağı və balı, qablaşdırılmış giləmeyvə, təbii və soyuq sıxım qida yağları və sair mallar sərgilənir.
Sərgi martın 14-dək davam edəcək.