2021-ci ilin yanvar-sentyabr aylarına olan göstəricilərə əsasən, qeyri-neft sektorunda ən çox ixrac olunan məhsullar qızıl, pambıq və pomidordur. Bu barədə 29 oktyabr tarixində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi İxrac icmalında məlumat verilib.
Keçən ilin eyni dövrü ilə müqayisədə qızılın və pambığın ixracı müvafiq olaraq 5,5% və 81% artaraq 158,2 və 149,5 milyon dollar təşkil edib. Pomidorun ixracı isə 24% azalaraq 128,2 milyon dollar təşkil edib.
Azərbaycanın yanvar-sentyabr aylarında ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkələr arasında Rusiya, Türkiyə və İsveçrə yer alıb.