Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın Minatəmizləmə Agentliyinə (ANAMA) 20 dəst fərdi qoruyucu ləvazimatlar ianə edib. Bu haqda 23 dekabrda Report xəbər verib.
Ləvazimatların arasında üst geyimi, dəbilqə, sipərlik, zərbəyə dayanıqlı ballistik eynək, dizlik və minaaxtaranın alət çantası var.
İanə edilən ləvazimatların təlim zamanı istifadəsi planlaşdırılır.