Şəkidə fərdi yaşayış evindən 5 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb. Bu haqda yanvarın 13-də DİN məlumat verib.
Saxlanılan şəxs əməlini etiraf edib. O, qızıl-zinət əşyalarını Bakıda satıb və əldə etdiyi pulu əyləncə mərkəzlərində xərcləyib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.