Qəbələdə qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Report aprelin 28-də məlumat yayıb.
Qəbələ rayonunun Məmmədağalı kəndində 55 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində 11 min manat məbləğində ziyan dəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin “qanunsuz ağac kəsmə” və “səhlənkarlıq” maddələrilə cinayət işi başlanılıb.