Bakı Ağır Cinayətlər Məhkəməsində dekabrın 20-də qadın alverçisinə hökm oxunub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Saxlanılan qadın “iki və ya daha çox şəxs barəsində insan alveri törətmək”, “təkrar insan alveri törətmək”, “insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə” və “insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə” maddələri ilə ittiham edilib.
İttihama əsasən, o, qadınları Azərbaycandan xaricə aparıb və orada cinsi istismara məruz qoyub.