top
Qədim tarixə malik Zəngilan haqqında bilmədiklərimiz
20 oktyabr 2024, 01:00
- +

Qədim tarixə malik Zəngilan haqqında bilmədiklərimiz

Düz dörd il əvvəl bu gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərinin erməni işğalından azad edildiyini elan etdi. On minlərlə zəngilanlı və milyonlarla azərbaycanlı düz 27 il bu xəbəri gözləmişdi. 27 il idi ki, Araza yaxın yerləşən qəsəbələr, kəndlər, Bəsutçay qoruğu, 83 kənd, 5 qəsəbə həsrətlə zəngilanlıların yenidən yurda qayıdacağını gözləyirdi. O gün 2020-ci ilin 20 oktyabr tarixində reallaşdı. Bu, zəngilanlıların ömrünə, gününə, həyatına birdəfəlik həkk olan tarix idi% 20.10.2020.

Zəngilan həm strateji mövqeyinə, həm də təbii zənginliklərinə görə çox əhəmiyyətli rayondur. Ərazidə onlarla dini-tarixi abidə var. Eyni zamanda zəngin qızıl yataqları ilə də məşhurdur. Bundan başqa, keçilməz meşələri, Avropanın ilk təbii şərq çinarı meşəsi, bol sulu çayları da bu rayonun əhəmiyyətini bir daha vurğulayır.

Zəngilan toponimi

Zəngilan ən qədim insan məskənlərindən biridir. Bəs bu ad, toponim necə yaranıb? Ərazi Zəngəzur ərazisi olduğu üçün “zəng”, “zəngi” sözünə xüsusi diqqət yetirmək lazımdır. Bu rayonun adı ilə bağlı bir çox versiyalar olsa da, onlardan ən ağlabatanı qədim tayfanın adı olan “zəngi” sözü ilə “lan” yəni məkan bildirən sözün birləşməsindən yaranmasıdır. Digər versiyalardan birinə görə isə, İran ərazisində Bəxtiyarlılar adlı tayfalarla bağlıdır. Onlardan birinin adı “zəngi” olub. XVI-XVII əsrlərdə bu əraziyə köç edərək yurd salıblar və sonradan tayfanın adına “lan” şəkilçisi əlavə edilib.

Tarixi

Yuxarıda da qeyd etdiyimiz kimi, rayonun ərazisində ən qədim insan məskənləri var. Məsələn, Ağalı kəndində yerdənqazma sığınacaq-kahaların tapılması da bunu sübut edir. Amma nədənsə sovet hakimiyyəti illərində arxeoloji qazıntılar aparılmayıb. Bu kahaların ilk quldarlıq dövrünə aid olduğu ehtimal edilir və “Ağalı kahaları adlanır”. Sonradan ərazidən qoyun-quzu saxlamaq üçün istifadə edilib.

Bundan əlavə, Yeməzli kəndi ərazisində də küp qəbirlər və qədim əşyalar da tapılıb. Artefaktların eramızdan əvvəl IV-II əsrlərə aid olduğu ehtimal edilir. Küplərdən tapılan və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.

VII- VIII əsrlərə aid "Ağoyuq" düzündəki Koroğlu daşı, XII əsrə aid Şəhri Şərifan və IV əsrə aid Məmmədbəyli türbəsi də Zəngilanın zəngin tarixə malik olduğunu sübut edir.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Strateji mövqeyə malik rayon bir çox karvan və ticarət yollarının üzərində yerləşir.

Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və "Şəhid Məhəmməd" adlı yerdən tapılan pul və əşya qalıqları ərazinin qədimliyini bir daha sübut edir.  60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilib. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılıb. Sikkələrin isə qədim yunan mədəniyyətinə aid olduğu sübut edilib. Bu sikkələr tədqiq edilib oxunduqdan sonra müəyyən edilmişdir ki, bunların üz tərəfində hökmdarın başının şəkli həkk olunub. Arxa tərəfdə isə qədim Yunan allahlarından Zevs, Poseydon və Dionisin bütöv şəkli verilib. Şəkillərdə yan tərəflərdə yunanca Bazilevs (hökmdar) sözü yazılıb.

Zəngilan bu gün

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə məcburi köçkünlərin qayıdışı təmin olunub. Artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini görəndə hər birimizdə qürur hissi yaradır.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:47

Tailandın Baş naziri rusiyalı bacı-qardaşın dəhşətli qətlindən sonra üzr istədi

Bütün Xəbərlər
Dünən, 14:32

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
Dünən, 13:59

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
Dünən, 12:25

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
Dünən, 10:08

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün Xəbərlər
Dünən, 09:15

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün Xəbərlər
Dünən, 09:12

Prezident İlham Əliyev sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
31 iyul 2026, 21:55

Bu yollar 2 gün bağlı olacaq

Bütün Xəbərlər
31 iyul 2026, 18:02

AAAF Park Yaşayış Kompleksində antisanitariya - Sakinlər narazıdırlar + VİDEO

Bütün Xəbərlər
31 iyul 2026, 17:51

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Bütün Xəbərlər
31 iyul 2026, 16:31

DİM rəhbəri: "Bir sıra aqrar ixtisaslar üzrə 150 balla dövlət sifarişli yerlərə qəbul mümkündür"

Bütün Xəbərlər
31 iyul 2026, 16:23

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub - FOTO

Bütün Xəbərlər
31 iyul 2026, 16:06

Məleykə Abbaszadə: "150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq"

Bütün Xəbərlər
31 iyul 2026, 16:02

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün Xəbərlər
31 iyul 2026, 15:44

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bütün Xəbərlər
31 iyul 2026, 15:15

Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR

Bütün Xəbərlər
31 iyul 2026, 13:45

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Bütün Xəbərlər
31 iyul 2026, 12:22

Sabah 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
31 iyul 2026, 12:06

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Bütün Xəbərlər
31 iyul 2026, 11:56

Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU

Bütün Xəbərlər
31 iyul 2026, 11:10

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb

Bütün Xəbərlər
31 iyul 2026, 09:45

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
31 iyul 2026, 09:28

Sadır Japarov Azərbaycan–Qırğızıstan dostluğunu Nizami Gəncəvinin sözləri ilə ifadə etdi

Bütün Xəbərlər
31 iyul 2026, 09:24

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Oxşar xəbərlər