Sentyabrın 21-də Qala qoruğunun ərazisində Vətən müharibəsinin 1-ci ildönümü münasibətilə “Dəmir yumruq” heykəlinin açılışı olub. Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
“Dəmir yumruq” heykəlinin müəllifi heykəltəraş, Vətən müharibəsi iştirakçısı Manafov Elvin Zakir oğludur. Elvin Manafov “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunması uğrunda” medalları ilə təltif olunub.
“Dəmir yumruq” 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının birlik devizinə və hərbi əməliyyatların simvoluna çevrilmişdir.
[gallery size="large" ids="7711,7712,7713"]