Bakının Yasamal rayonu, “Qələbə” dairəsində yol qəzası baş verib. Nəticədə ərazidə sıxlıq yaranıb. Bu barədə aprelin 27-də APA xəbər paylaşıb.
Mətbuat prospekti ilə hərəkət edən “Toyota” markalı avtomobil Abdulvahab Salamzadə küçəsində olan “İsuzu” markalı yük maşınına çırpılıb. “Toyota”ya ciddi ziyan dəyib.
Sözügedən ərazidə sıxlıq müşahidə olunub.
Faktla bağlı araşdırma davam edir.