Qanunsuz ağackəsmə ilə bağlı 6 cinayət işi başlanılıb. Bu barədə martın 9-da Baş Prokurorluq məlumat yayıb.
Araşdırmalar Sabirabad, İmişli, Ağcabədi, Bərdə və Ağdam rayonlarında aparılıb.
Ağackəsmə hallarının aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində baş verdiyi müəyyən edilib. Faktla bağlı “qanunsuz ağac kəsmə” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələrilə cinayət işləri başlanılıb.