Xaçmaz rayon və Bakı şəhər sakinləri Xəzər dənizi sahillərində qanunsuz balıq ovladıqlarına görə saxlanılıblar. Bu barədə oktyarın 27-də Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.
Həmçinin ayrı-ayrı rayonların ərazisində qanunsuz ov edən daha 7 nəfər saxlanılıb. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri aşkarlanıb.
Məlumata əsasən, brakonyerlər ümumilikdə 7 000 manat məbləğində cərimə edilib.