Qanunsuz ov edən şəxslər cəzalandırılıb. Bu barədə yanvarın 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Ağstafa və Neftçala rayonlarının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Araşdırma zamanı brakonyerlərin Ağstafa və Neftçala rayon sakinləri olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Salyan rayonunda da qanunsuz ov edən rayon sakini saxlanılıb.
Faktlarla bağlı protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.