Xəzər dənizi sahillərində və Baş Mil-Muğan kanalında qanunsuz balıq ovlayan 3 nəfər saxlanılaraq cərimələnib. Bu barədə noyabrın 5-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Saxlanılanlardan istifadəsi qadağan olunmuş ov alətləri və sintetik tor götürülüb.
Eyni gündə Lənkəranda qanunsuz ovlanmış vəhşi quşların satışı ilə məşğul olan şəxs cərimələnib.