Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən 27-28 oktyabr tarixlərində Xəzər dənizi sahillərində və Yuxarı Mil-Qarabağ kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 6 300 manat məbləğində cərimələnib.
Bundan başqa qanunsuz ov edən Cəlilabad rayon sakinləri və Göyçay rayon sakinləri saxlanılıb. Onlar ümumilikdə 7000 manat məbləğində cərimələnib.