Xəzər dənizi sahillərində və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan 11 nəfər saxlanılıb. Bu barədə noyabrın 23-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Brakonyerlərdən 670 metr uzunluğunda sintetik tor götürülüb. Məlumata görə, onlar ümumilikdə 9 800 manat məbləğində cərimələnib.
Daha öncə, noyabrın 22-də qanunsuz ov ilə məşğul olan əcnəbilər saxlanılmışdır. Onlar ümumilikdə 4 000 manat məbləğində cərimə olunmuşdurlar.