Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Alt Sistemində Qarabağ bölgəsində hazırda təklif olunan vakansiyalar barədə məlumatlar yerləşdirilib. Vəzifələr üzrə əməkhaqqı 250-1700 manat arası dəyişir.
Ən yüksək məvacib sahə rəislərinə təklif olunur - 1700 manat. Tikinti sahəsində elektriklərə 800 manat, sürücülərə 600-700 manat, fəhlələrə isə 550 manat təklif olunur. Ofisiantlara, poçtalyonlara və xadimələrə 250 manat əmakhaqqı təklif edilir. Azərbaycanda ilk “Ağıllı kənd” olacaq Zəngilanın Ağalı kəndində mühafizəçilərə 400-430 manat arası maaş ödənilir. Tibb sahəsində çalışmaq istəyən laborantlara 300-400 manat, dərzilərə isə 500 manat əməkhaqqı təklif olunur.
Müraciət etmək istəyənlər esosial.az portalında Məşğulluq Alt Sistemində qeydiyyatdan keçə və yaxud öz ərazi üzrə məşğulluq filiallarına yaxınlaşa bilərlər.