Qarabağda sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 20%-i sənaye, 18%-i kənd təsərrüfatı, 8%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir. Bu haqda 16 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən Oxu.az məlumat verib.
Ümumilikdə bu günə kimi işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı sahibkarlardan 921 müraciət daxil olub. Onlardan 283-ü xarici şirkətlərdir.