Azad olunan ərazilərdə iki yeni su anbarı inşa ediləcək. Bu barədə dekabrın 29-da ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Trend-ə bildirib.
Yeni su anbarlarının Həkəri və Bərgüşad çayları üzərində tikilməsi planlaşdırılır. Həmin su anbarları Tərtər, Füzuli, Ağdam və digər rayon əraziləri içməli su ilə təmin edəcək.
Nazirliyin rəsmisi qeyd edib ki, hazırda 9 su anbarı və 14 çay var.