Kəlbəcər və Zəngilanda olan qızıl yataqlarına, eləcə də Laçın rayonu ərazisində yerləşən yataqlara geoloji ekspedisiyaların təşkil olunması planlaşdırılır. Bunu sentyabrın 22-də Təbiət Tarixi Muzeyinin baş elmi işçisi Nağı Nağıyev bildirib.
Onun sözlərinə görə, hazırda muzeydə nümayiş olunan Qarabağdakı yataqlardan çıxarılmış nümunələr Sovet dövründə əldə edilmiş materiallardır.
Nağı Nağıyev qeyd edib ki, Azərbaycanda 300-dən çox filiz yatağı mövcuddur. Onlar arasında ölçüsünə görə ən böyük yataq Balakən rayonunda yerləşən Filizçay polimetal yatağıdır. Sözügedən yataq kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır.