İlkin nəticələrə görə, Qarabağın su ehtiyatları 1,8 kub kilometrdir. Bu barədə AMEA Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən Zakir Eminova istinadən 27 dekabr tarixində APA xəbər verib.
Direktorun sözlərinə görə, hesabat ili ərzində Qarabağ ərazisində su ehtiyatlarının qiymətləndirilməsi istiqamətində işlər aparılıb. Nəticələrə əsasən, Qarabağın su ehtiyatları Azərbaycanın su ehtiyatlarının 17,5%-ni təşkil edir.