“AzerGold” QSC tərəfindən yeni növ 5, 10, 20 qramlıq qızıl sikkələr satışa çıxarılıb. Bu barədə 13 oktyabr tarixində şirkətin rəsmi səhifəsində məlumat verilib.
Qiymətlər qızılın dünya birjasındakı cari qiymətlərə uyğun minimal marja ilə müəyyənləşdirilib.
Vətən müharibəsində əldə olunan qələbəyə həsr olumuş “Qarabağ inciləri” kolleksiyasının üzərində Qarabağın qədim memarlıq inciləri və tarixi abidələri əks olunub.
Sözügedən məhsulları Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mağazadan və ya onlayn satış platformasından əldə etmək mümkündür.
“AzerGold” QSC tərəfindən “Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan sikkələr ilk dəfə 2018-ci ildə istehsal edilmişdir. Sikkə kolleksiyalarının üzərində Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü təsvirləri və Qarabağ xalçasının “Çələbi” naxışı əks olunmuşdur.
[gallery columns="2" size="large" ids="9817,9818"]