Qarabağda MV–10 və MV–4 mexaniki minatəmizləmə maşınları əməliyyatlara qatılıb. Bu barədə Azərbaycanın Minatəmizləmə Agentliyindən məlumat verilib.
Xorvatiya şirkəti ilə bağlanmış müqaviləyə əsasən, ümumi olaraq 11 ədəd maşının Azərbaycana gətirilməsi nəzərdə tutulub. Onlardan artıq 10 ədədi Agentliyə təhvil verilib, 1 mexaniki vasitənin isə cari ilin ilk yarım illiyinədək çatdırılması planlaşdırılır.
MV–10 maşınları 3 000 metrə qədər məsafədən pultla idarə olunur. MV–4 maşınları üzrə bu məsafə 1 500 metr təşkil edir.