Bakının Qaradağ rayonunda şirkət və evdən 15 min manatlıq oğurluq edilib. Bu barədə Report martın 30-da Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Sahil qəsəbəsinin 3 sakini şirkətlərdən birinin həyətindən 3 000 manatlıq elektrik kabeli oğurlayıblar.
Qızıldaş qəsəbəsində isə evlərdən birinin həyətindən oğurluq edən Biləsuvar rayon sakini saxlanılıb. O, 12 000 manat dəyərində elektrik transformatoru, 5 mühərrik, 2 qaynaq aparatı, dəmir boru və daş karxanasına aid digər ehtiyat hissələrini aparıb.