Bakının Qaradağ rayonunda polis serjantının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə dekabrın 16-da APA məlumat verib.
Məlumata əsasən, Qaradağ Rayon Polis İdarəsinin Əlahiddə Çevik Polis Alayının serjantının idarə etdiyi “KİA” markalı avtomobil Lökbatan-Xocəsən yolunda “MAN” markalı yük avtomobilinə çırpılıb.
Minik avtomobilin 28 yaşlı sürücüsü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.